Türkiyə klubunun legioneri Azərbaycandan təklif aldı

15 Mart 12:40 Gündəm 2 083
Türkiyə klubunun legioneri Azərbaycandan təklif aldı

“Göztəpə”nin legioneri Entoni Dennis Azərbaycandan təklif alıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı nigeriyalı yarımmüdafiəçi Premyer Liqanın adı açıqlanmayan bir klubunun maraq dairəsinə düşüb.

Lakin gənc futbolçunun ölkəmizə köçmək şansı az göstərilir. Çünki Dennisin daha böyük liqalardan təklifləri var.

Artıq Nigeriyanın əsas millisinə çağırılan orta sahə oyunçusu üçün Almaniyanın “Ştutqart” və İngiltərənin “Lids” klubları təklif göndərməyi planlaşdırır.

Onun özü də mövsümün sonunda “böyük beşlik” ölkələrindən birinə yollanmağı hədəfləyir.

“Göztəpə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!