Mübariz Mənsimov vədini tutmadı: "Xəzər Lənkəran"ın sahibsiz qalmış “ev”indən YENİ VİDEO

2 Fevral 2025 11:05 Gündəm 5 272
Mübariz Mənsimov vədini tutmadı:  "Xəzər Lənkəran"ın sahibsiz qalmış “ev”indən YENİ VİDEO

«Xəzər Lənkəran»ın eyniadlı stadionunun yeni görüntləri yayılıb.

Lənkəranlı futbolsevərlər bu barədə sosial şəbəkədə paylaşım edib.

Kadrları təəssüf hissi keçirmədən izləmək mümkün deyil.

2024-cü ildə tikintisinə başlanmış, 2 il ərzində hazır vəziyyətə gətirilmiş, 2016-cı ilədək «ağ-yaşıllar»ın ev oyunlarına qucaq açmış arena indi tamamilə baxımsız vəziyyətdədir.

Mübariz Mənsimovun klubun üzərindən əlini çəkməsindən sonra qara günləri başlayan futbol qurğusunda ölü sükut hökm sürür.

Düzdür, Türkiyədə yaşayan iş adamınin mətbuat xidməti ötən ilin fevralında elan etmişdi ki, «Fırtınalar meydanı» yenidən köhnə görkəminə qaytarılacaq, bura əvvəlkindən də möhtəşəm təsir bağışlayacaq.

Aradan 1 ilə yaxın vaxt keçib, sözügedən məkanda 1 manatlıq da iş görülməyib.

Klub sahibinin vədi quru söz olaraq havadan asılı qalıb, məkanla nə maraqlanan var, nə bir şey.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?