Azadlıq prospektindən “Neftçilər”ə çıxışda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24 Avqust 2024 15:20 Gündəm 645
Azadlıq prospektindən “Neftçilər”ə çıxışda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

13-15 sentyabr tarixlərində Bakıda "Formula 1" Azərbaycan Qran-Prisi 2024 baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi