COP29

BU GÜN: Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

24 İyun 15:30 Gündəm 227
BU GÜN: Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bildirilib ki, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu