COP29

Türkiyədən gələn futbolçu ilə danışıqlara başladı

13 İyun 22:20 Gündəm 1 529
Türkiyədən gələn futbolçu ilə danışıqlara başladı

“Tuzlaspor”dan ayrılaran Bəxtiyar Həsənalızadə karyerasını Azərbaycanda davam etdirə bilər.

Müdafiəçinin xidmətində maraqlı olan klublar var.

“Araz-Naxçıvan”la “Şamaxı”nın cərgəsinə “Kəpəz”də qoşulub.

Ötən mövsümün əvvəlində Gəncə təmsilçisi ilə müqavilə bağlayan Bəxtiyar Türkiyədən aldığı sərfəli şərt səbəbilə “Kəpəz”i “Tuzlaspor”a dəyişmişdi.

Odur ki, qərblilər 31 yaşlı futbolçuyla yenidən sözləşmə imzalamaqda maraqlıdır.

Yığmamızın üzvü hazırda azad agent statusu daşıyır. Son sezonun yekunlarına əsasən, Tuzlanın eyniadlı komandası I Liqadakı yerini itirib.

Yerli federasiyanın qərarına əsasən II Liqa klubları yalnız Türkiyə pasportu daşıyan futbolçuların xidmətindən istifadə edə bilər.

Odur ki, Bəxtiyarın 2 illik müqaviləsi avtomatik qüvvədən düşüb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti