COP29

"Ona hardansa təklif olub-olmadığını da bilmirəm" - Abdullayevin meneceri

1 Mart 08:50 Gündəm 469
"Ona hardansa təklif olub-olmadığını da bilmirəm" - Abdullayevin meneceri

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatında məlumatlar yer alıb.

Xəbərlərdə onun, Astana təmsilçisi "Jenis”lə müqavilə imzaladığı bildirilib.

Azərbaycanlı menecer Vaqif Heydərli Abdullayevin Qazaxıstan klubuna keçib-keçməməsi ilə bağlı fikirlərini qaynarinfo-ya bölüşüb:

"Bu haqda heç bir məlumatım yoxdur. Qazaxıstandan jurnalist zəng vurmuşdu.

Arazın transfer vərəqəsinin gecikməsinin səbəbini soruşmuşdular. Cavab verdim ki, yəqin Kosova olduğuna görə gecikmə halı yaşanır.

Başqa heç bir məlumatım yoxdur. Ona hardansa təklif olub-olmadığını da bilmirəm”.

Bu ilin yanvarından azad agentə çevrilən Abdullayevin son klubu Kosova təmsilçisi "Lapi” olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"