Yaşar Seyidov: "İcraiyyə Komitəsində bu klublar da təmsil olunsa…"

29 Fevral 2024 19:00 Gündəm 851
Yaşar Seyidov: "İcraiyyə Komitəsində bu klublar da təmsil olunsa…"

«İcraiyyə Komitəsində Birinci Liqa ilə İkinci Liqa klublarını təmsil edən üzvlərin yer alması doğru olardı».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada mübarizə aparan klubun rəhbəri AFFA-nın ali qərarverici orqanı olan İcraiyyə Komitəsinin (İK) tərkibinin genişləndirilməsini təklif eləyib:

«İcraiyyə Komitəsində 12 nəfər üzv və bir nəfər prezident var. 5 yer PFL-indir, 3 yer Regional Futbol Federasiyalarındadır, 2 yer Sahə Futbol Federasiyasından, 2 yer İctimai Birliklərdəndir.

Nizamnamə qəbul ediləndə, seçkilər keçiriləndə Azərbaycanda İkinci Liqa yox idi. Birinci Liqa da əvəzedicilərlə birgə keçirilirdi.

Amma indi artıq bu mövsümdən iki yeni liqa təsdiq olunduğu üçün qarşıdakı konfransda qərar qəbul etmək olar.

İstərdik ki, AFFA İcraiyyə Komitəsində Birinci Liqa və İkinci Liqa 1 nəfərlə təmsil olunsun. Beləliklə də, üzvlərin sayını 15-ə çatdırmaq olar».

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”