"Ruben Vardanyana kömək etməyəcəyik”

28 Sentyabr 2023 07:30 Gündəm 1 124
"Ruben Vardanyana kömək etməyəcəyik”

“Rusiya qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək”.

Bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin məlumat verib.

O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Rusiya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

A.Başkin əlavə edib ki, Vardanyan öz xoşu ilə Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş