Qarabağın erməniəsilli sakinləri könüllü şəkildə Ermənistana gedir

26 Sentyabr 2023 03:10 Gündəm 766
Qarabağın erməniəsilli sakinləri könüllü şəkildə Ermənistana gedir

Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərindən birinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş