Elimizə payız gəldi...

23 Sentyabr 2023 15:30 Gündəm 954
Elimizə payız gəldi...

Azərbaycana payız fəsli daxil olub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəsli Azərbaycana bu gün saat 10:49-da daxil olub.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş