Qarabağdan 7 min mülki erməni təxliyə olunub

20 Sentyabr 2023 03:50 Gündəm 728
Qarabağdan 7 min mülki erməni təxliyə olunub

Gün ərzində Qarabağda yaşayan mülki ermənilərdən 469 nəfəri təxliyə edilib.

Bu barədə Rusiya sülhməramlılarının fəaliyyətinə dair məlumat bülletenində bildirilib.

Məlumata görə, onlardan 185-i azyaşlıdır.

***

Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonunun ermənilər yaşayan ərazilərindən 7 min mülki erməni təxliyə olunub.

Bu barədə qondarma rejim məlumat yayıb.

Qeyd edək ki, başladılan antiterror tədbirləri zamanı Azərbaycan ordusu tərəfindən mülki şəxslər və mülki inrastruktur hədəf alınmır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb və bunu təsdiqləyən görüntüləri təqdim edib:

“Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti