“Əliyev və Putin bunu bir günə çözdü” - Paşinyansız həll olunan məsələ

1 Aprel 2023 08:10 Gündəm 208
“Əliyev və Putin bunu bir günə çözdü” - Paşinyansız həll olunan məsələ

“Danışıqların getdiyi bütün illər ərzində Ermənistan Minsk qrupunun köməyi ilə Laçını öz nəzarətində saxlamağa çalışıb”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Laçınla bağlı son addımlarına diqqət çəkib:

“Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu üzrə xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi.

Bu xüsusda aşağıdakı məqamlar xüsusilə vurğulanmalıdır:

Danışıqların getdiyi bütün illər ərzində Ermənistan Minsk qrupunun köməyi ilə Laçını öz nəzarətində saxlamağa çalışırdı. Bu işdə ona xüsusilə Fransa kömək edirdi. Amma hərbi əməliyyatlar və Rusiya Prezidenti Vladimir Putinlə fəal danışıqlar nəticəsində İlham Əliyev faktiki olaraq məsələni Bakının xeyrinə həll etdi.

Əslində, Laçının taleyi 2020-ci il noyabrın 10-da Ermənistan baş nazirinin iştirakı olmadan bir gün ərzində həll olundu.

Ölkə Prezidenti xüsusi nümayəndənin diqqətini Laçının iqtisadiyyatının dirçəlməsinə, məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtmasına üstünlük verilməsinin vacibliyinə yönəltdi.

Laçın sərhəd rayonudur və təhlükəsizlik məsələlərinin həlli ən mühüm vəzifələrdən biridir”.

Digər Xəbərlər
Xəbər Lenti