Ermənilər Qarabağda qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini davam etdirir

27 Mart 2023 03:10 Gündəm 410
Ermənilər Qarabağda qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini davam etdirir

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!