Sabiq prezidentə məxsus stadionda tikinti yenidən dayandı - FOTO

18 Mart 2023 16:40 Gündəm 1 337
Sabiq prezidentə məxsus stadionda tikinti yenidən dayandı - FOTO

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda aparılan tikinti növbəti dəfə dayandırılıb.

Sportinfo.az-ın Qusarda olan əməkdaşına bu barədə yerli sakinlər məlumat verib.

Onların bildirdiyinə görə, artıq bir neçə gündür arenaya ölü sükut çöküb..

Bunun səbəbi məlum deyil. stadion un yaxınlığında yaşayanların dediyinə görə, yenidənqurma tədbirləri, onsuz da, ləng aparılır, indi isə ərazidə texnikadan başqa heç nə gözə dəymir.

Stadion Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan kompleks 2018-ci ilin əvvəlində təmirə bağlanıb.

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var.

İndi isə o, tikinti-təmir işlərini öz arzusuyla həyata keçirmir. Bu, birbaşa Qusarın İcra Hakimiyyətinin istəyi ilə görülür. Tapşırıq verilib ki, bu iş görülməlidir, o da görür.

Digər Xəbərlər
Xəbər Lenti