Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?

11 Aprel 16:40 Gündəm 973
Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?

AFFA-nın rəhbərliyi şok qərar verməyə hazırlaşır.

Səriştəsiz idarəçilikləri klublarındakı işindən bəlli olan yenilərin kadr siyasəti deyəsən, dost və qohumların müxtəlif postlara təyinatı ilə ifşa olunacaq. Lap köhnə rəhbərlik kimi…

Sportinfo.az futbolinfo.az-a istinadən xəbər verir ki, artıq Hakimlər Komitəsinə yeni sədr seçimi onların niyyətini üzə çıxarır. Hazırda futbolumuzda ən böhranlı sahələrdən olan hakimlikdə vəziyyəti guya düzəltmək üçün AFFA-dakılar maraqlı kadr tapıb.

Barış Şimşək postundan azad olunacaq və bu, doğru addımdır, lakin onun əvəzinə sahənin mütəxəssisi yox, onların təbirincə desək “yaxşı oğlan” təyinat alacaq. Beynəlxalq futbol təşkilatları hakim keçmişi olmayanların bu posta təyinatını qadağan etsə də…

Düzdür, hələ yekun seçim edilməyib, lakin ehtiyatda oturan faydasız legionerlərə aylıq 60-90 min dollar, nə iş gördüyü heç kimə bəlli olmayan idman direktoruna 80 min avro maaş verən klubların AFFA-da post tutan idarəçiləri buna çalışır.

Nə yazıq ki, son vaxtlar haqqında ancaq müsbət fikirlər səsləndirilən icraçı vitse-prezdent Sərxan Hacıyev də klub rəsmilərinin ideyalarının dəstəkçisinə çevrilib.

Şok xəbər odur ki, Hakimlər Komitəsini Elçin Usuba tapşırmaq istəyirlər. “Şamaxı” klubunun İdarə Heyətinin rəhbəri olan bu şəxsi klub futbolundan ayıraraq komitə rəhbəri qoymaq arzusu var.

İndiyədək ağzı fit görməyən, bəlkə vərəqələrin rəngini də işıqforun rəngindən ciddi şəkildə ayırd etməyi bacarmayan bu şəxs də yeni vəzifə üçün iddialıdır.

Usubun namizədliyini irəli sürənlər onun yaxşı vəkil və “yaxşı oğlan” olmasını əsas gətirib.

Sanki Hakimlər Komitəsinn sədri olmaq üçün bu “kriteriyalar” vacibdir.

“Şamaxı”nı kluba rəhbərlik etdiyi ilk mövsümdəcə I Liqaya yuvarladan, idarəçilik bacarığı ümid verməyən Usuba belə etimadın səbəbi yəqin ki, kiminsə dostu olması ilə bağlıdır. Əks halda, hakimliklə yaxından-uzaqdan əlaqəsi olmayan biri niyə bu posta namizəd olsun ki?

Hörmətli AFFA rəhbərliyi, Rövnəq Abdullayev – Elxan Məmmədov dueti 16 il ərzində Azərbaycan futbolunu xarabalığa çevirib. Hamı sizə XİLASKAR gözü ilə baxdığı bir zamanda insanların əsəbi ilə oynamayın

. Dostlarınıza klublarınızda etdiyiniz kimi, böyük paketlər verib başını qatın, büdcələri dağıdın, özünüz bilərsiziniz, amma AFFA, ümumi Azərbaycan futbolu sizin eksperimentlərinizə meydan olmasın. İctimaiyyətin iştəklərinə XALİS KAR olmayın.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU