Qara Qarayevə yeni məsləhət: "De Byaziyə deyərdin ki..."

28 Sentyabr 2022 23:00 Gündəm 1 685
Qara Qarayevə yeni məsləhət: "De Byaziyə deyərdin ki..."

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev arasında olan qalmaqal sakitləşmək bilmir.

Slovakiya ilə oyundan əvvəl italiyan mütəxəssisin Qarayevə yönəlik “Milli komandada özünü yaxşı aparmalısan”, “Qara özü hər şeyi yaxşı bilir” deməsinə təcrübəli oyunçudan cavab gecikməyib.

O, İTV-də yayımlanan “Bol İdman” verilişində qonaq olarkən haqqında səslənən iddialarla bağlı bu sözləri dilə gətirib:

“Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinin yanında oldu. De Byazi bildirdi ki, sənin boyun qısadır, istəyirəm o mövqedə hündürboylu idmançı oynadım.

İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək"

31 yaşlı futbolçunun fikirkləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi izləyicilər onu qınasa da, əksəriyyət əcnəbi mütəxəssisin fikirlərini absurd sayıb.

Bu xüsusda olan bəzi şərhləri sizə təqdim edirik:

"Qurbanov 10 ildi onu oynadır. Özü də hər il qrupda. Bura gələnlərin hərəsi bir cür xəstədir".

"Elə yazırlar ki, guya Qara olmasa yığma daim qələbə qazanacaq. Udduqlarımız yarımcan Belarusiya, bərbad günlərini yaşayan Slovakiya yığması, bir də Qazağıstanın ikinci heyətidir də. De Byazinin rəhbərlik etdiyi yığma 28 oyunda cəmi 5 qələbə qazanıb, tərifləməkdən doymursunuz. Qara pis futbolçu olsa Qurban Qurbanov daim "Qarabağ"da şans verməz. Hər halda heç birimiz ondan çox bilmirik".

"Qarabağ"ın səviyyəsi milli komandanın səviyyəsindən qat-qat yüksəkdir. Deməli, millidəki "Qarabağ"lıları çıxmaq şərtilə orada Qara səviyyəsində futbolçu demək olar ki, yoxdur".

"Məhşur kinomuz olan “Yuxu” filmindəki polis rəisi demişkən “əşşi sən başını aşağı sal, nöyütünü çıxar”. Qaranquş gəldi gedərdi. Qarşıda "Olimpiakos"la oyun var, motivasiyanı pozma".

"Qara, ona deyərdin ki, volleybol komandamızdan lazım olan oyunçuları cəlb eləsin".

"Oğulsan, əla da futbolçusan".

“Makalelenin də, Kantenin də boyu balacadı, amma meydanda gördükləri qara iş başqadı”.

“Qara, fikir eləmə, sən onların hamısından möhtəşəmsən, uğurlar sənə”.

“Əgər həqiqətən də elə deyibsə, onda De Byazzi 40 il futbolla yox, voleybolla məşğul olub, deyəsən”.

“Nə dəxli var? Verattinin də boyu balacadi, onda İtaliya yığmasına çağırmasınlar”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”