"Kəpəz"də birillik müqavilə - "Viktoriya"dan qayıdan həmyerlimizlə

6 İyul 2022 09:40 Gündəm 901
"Kəpəz"də birillik müqavilə - "Viktoriya"dan qayıdan həmyerlimizlə

"Kəpəz" növbəti transfer əməliyyatını bitirib.

4 illik aradan sonra Premyer Liqaya qayıdan Gəncə klubu Fərid Nəbiyevlə münasibətlərini rəsmiləşdirib.

Beş illik Çexiya karyerasını başa vuran yarımmüdafiəçi qərb təmsilçisi ilə birillik müqavilə imzalayıb.

"Viktoriya Jijkov"un II Liqaya düşməsi səbəbindən planları dəyişən gənclər yığmasının sabiq üzvü "Kəpəz"ə azad agent statusu ilə keçib.

"Qəbələ" də yetirməsini geri qaytarmağa təşəbbüs göstərib. Gəl ki, o, daha çox oyun praktikası qazanmaq üçün "Kəpəz"in təklifini dəyərləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!