“Kəpəz” bu hücumçunu Gəncəyə aparmaq istəyir – Əlavə 4 ad da var

18 May 2022 22:20 Gündəm 1 719
“Kəpəz” bu hücumçunu Gəncəyə aparmaq istəyir – Əlavə 4 ad da var

Premyer Liqa üçün qarşısında “yaşıl işıq” görən “Kəpəz” növbəti mövsümün planlarını cızır.

Baş məşqçi Yaşar Vahabzadə oyununu bəyəndiyi və yaxından tanıdığı futbolçuları, əsasən də gəncləri sərəncamında görmək istəyir.

Təcrübəli çalışdırıcı “Neftçi”dən Vüsal Əsgərovla Ramin Nəsirlini, “Səbail”dən Ruslan Hacıyevlə Tural Bayramlını, “Sumqayıt”dan Xəzər Mahmudovu Gəncəyə aparmaqda israrlıdır.

Artıq bu adlarla bağlı rəhbərliyə məlumat verib.

“Neftçi”nin gənclərini qoparmaq çətin görünsə də, icarə müqaviləsi ilə istəyə çatmaq mümkündür. “Səbail”in üzvlərinin “Kəpəz”ə keçəcəyi isə inandırıcı görünür.

Yaşar bəyin həm Ruslanı, həm də Turalı əsas heyət üzvü gözündə görməsi sövdələşmənin tezləşməsinə səbəb ola bilər.

Xəzərin karyerasını “Kəpəz”də davam etdirməsini Vahabzadə israrla istəyir. Baş məşqçinin bəyəndiyi futbolçulardan olan 21 yaşlı hücumçu hazırda zədəsinin müalicəsi ilə məşğul olsa da, avqusta qədər məşqlərə başlayacaq.

Mahmudovun “Sumqayıt”la müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Belə olduğu halda, “kimyaçılar” forvardla anlaşmanın müddətini uzadıb onu “Kəpəz”ə göndərə bilər. Daha doğrusu, klublar bu haqda danışır.

Cari mövsümdə “Sumqayıt”da 13 oyunda meydana çıxmış Xəzər Mahmudov martda ağır zədə alaraq, çarpaz bağların qopmasına görə 4-5 aylıq sıradan çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı