Bu gün Azərbaycanda daha 9 nəfər yoluxdu - Ölən olmayıb

13 May 2022 18:50 Gündəm 663
Bu gün Azərbaycanda daha 9 nəfər yoluxdu - Ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 65 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 658, bu günə qədər isə ümumilikdə 6 847 892 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti