Yəni mövsümdən bir klub 3-dən çox futbolçu icarəyə verə və götürə bilməyəcək

21 Yanvar 2022 02:20 Gündəm 521
Yəni mövsümdən bir klub 3-dən çox futbolçu icarəyə verə və götürə bilməyəcək

FIFA futbolçuların yeni icarə qaydalarını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, əsasnamədə dəyişikliklər 2022-ci ilin iyulundan qüvvəyə minəcək.

Yeni icarə qaydalarına əsasən, Gələn mövsümdən yazılı razılıq vacib icarə şərti sayılacaq.

Burada icarə şərtləri - davametmə, maliyyə məqamları və s. əksini tapacaq. İcarənin minimal müddəti iki transfer pəncərəsi arasındakı interval, maksimal müddət bir il olacaq.

Eyni klublardan icarəyə götürülmüş futbolçuların sayına limit qoyulacaq. Yəni, mövsüm ərzində bir klub digərinə 3-dən çox futbolçu icarəyə verə və ya digərindən 3-dən çox futbolçu icarəyə götürə bilməyəcək.

Mövsüm ərzində icarəyə götürülən oyunçuların sayı da məhdudlaşdırılacaq. 1 iyul 2022-ci ildən 30 iyun 2023-cü ilədək hər hansı klub 8-dən çox oyunçu icarəyə verə və ya götürə bilməyəcək.

1 iyul 2023-cü ildən 30 iyun 2024-cü ilədək eyni sistem qüvvədə olacaq. Lakin icarəyə verilən və ya götürülən oyunçuların maksimal sayı 7 olacaq.

1 iyul 2024-cü ildən isə bu say 6-ya enəcək və daimi əsasda saxlanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"