Mahir sonradan meydana çıxdı, "Legiya" dönüş etdi, 1/4 finala yüksəldi

2 Dekabr 2021 01:20 Gündəm 1 226
Mahir sonradan meydana çıxdı, "Legiya" dönüş etdi, 1/4 finala yüksəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Kubokunda 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 1/8 finalda "Motor"u səfərdə məğlubiyyətə uğradıb - 2:1.

24 yaşlı hücumçu meydana 46-cı dəqiqədə girib. Həmin vaxt "Legiya" 0:1 hesabı ilə geridə olub. Qonaq komanda Lukinyasın 56-cı və Şimon Vlodarçikin 73-cü dəqiqədə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.

Növbəti mərhələdə rəqib "Arka Qdınya" komandası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti