İdmanda kadr islahatları başladı – Daha bir neçə vəzifəli işini itirəcək

30 Noyabr 2021 11:40 Gündəm 951
İdmanda kadr islahatları başladı – Daha bir neçə vəzifəli işini itirəcək

Dünən gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

Prezident İlham Əliyevin sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva nazir müavini vəzifələrinə təyin ediliblər.

İ.Babayev 2000-ci ildən, İ.İsmayılov isə 2006-cı ildən nazir müavini vəzifəsini icra edirdilər. Onların arxasınca daha bir neçə məsul vəzifə sahibi iş yeri ilə vidalaşacaq.

Nazir postuna təyinat almş Fərid Qayıbovun kadr islahatları demək olar idman sahəsinin bütün «qollar»ını əhatə edəcək. Bura sektor və şöbə müdirləri daxildir.

Yeniliklər mətbuat xidmətindən də yan keçməyəcək. Səmayə Məmmədovanın press-ateş postundan gedişindən sonra onun səlahiyyətləri müvəqqəti olaraq Qabil Mehdiyevə tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!