Soçidə Əliyevlə Putin arasında görüş oldu - VİDEO

26 Noyabr 2021 17:10 Gündəm 532
Soçidə Əliyevlə Putin arasında görüş oldu - VİDEO

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə indicə söhbətə başlayıb. Bu görüş bitəndən sonra Putin, Əliyev və Paşinyan arasındakı görüşü gözləyəcəyik”.

Kreml rəsmisinin sözlərinə görə, bundan sonra Putinin Paşinyanla təkbətək görüşü olacaq.

***

V. Putin qeyd edib: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Pandemiya və iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında bu ilin 9 ayı ərzində ticarət dövriyyəsi 11% artıb. Bu yaxşı göstəricidir”.

Rusiya Prezidenti sülhməramlılardan da danışıb: “Rusiyalı sülhməramlılar Qarabağdakı vəziyyətdə müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi effektiv fəaliyyət göstərir. Qarabağda hələ də bəzən insidentlər baş verir və itkisiz ötüşmür”.

Putin daha sonra əlavə edib: “Azərbaycan məktəblərində uşaqların 34%-i rus dilində təhsil alır ki, bu da bu xalqın Rusiya Federasiyası ilə sıx əlaqə saxlamaq istəyində olmasından xəbər verir”.

***

“Azərbaycan bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafına köklənib. Biz ikitərəfli formatda çox sayda məsələləri həll etmişik və bu gün biz Rusiya ilə münasibətləri strateji tərəfdaşlar münasibəti kimi xarakterizə edirik. Bütün istiqamətlərdə əlaqələrimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik”, - deyə Prezident İlham Əliyev söyləyib.

Prezidentin sözlərinə görə, son bir il ərzində Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib.

Prezident qeyd edib ki, Qarabağda sülhün qorunub saxlanılmasında Vladimir Putinin və rusiyalı sülhməramlıların rolunu yüksək qiymətləndirir və bu işin gələn ildə davam edəcəyinə ümid edir.



Digər Xəbərlər
Xəbər Lenti