Bu gün Türkiyənin pley-offda rəqibi kim olacaq? - DÇ-2022

26 Noyabr 2021 11:00 Gündəm 1 193
Bu gün Türkiyənin pley-offda rəqibi kim olacaq? - DÇ-2022

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb.

Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.

Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

Səpələnmişlər

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

Səpələnməmişlər

Türkiyə

Polşa

Şimali Makedoniya

Ukrayna

Avstriya

Çexiya

Digər Xəbərlər
Xəbər Lenti