Bakı Olimpiya Stadionundan kiçik qeyd

15 Sentyabr 2021 20:20 Gündəm 721
Bakı Olimpiya Stadionundan kiçik qeyd

Qurban Qurbanovun mətbuat konfransı saat 17.20-də başa çatandan 10 dəqiqə sonra “Qarabağ”ın məşqi baş tutdu.

Matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda ağdamlıların hazırlığının ilk 15 dəqiqəsi biz mətbuat nümayəndələri üçün açıq idi deyə, düşərgədəki son durumu canlı görmək şansını əldən vermədik.

Bəribaşdan qeyd edim ki, komanda daxilində ab-havanın möhtəşəmliyi 100 metrdən aşkar sezilirdi. Bir-biri ilə zarafatlaşan futbolçularun psixoloji və ya fiziki problem yaşamadığı görünürdü.

Bu isə Konfrans Liqasının qrup mərhələsinin başlanğıcında olduqca vacibdir.

Meydanın durumu haqda da xoş sözlər deməliyik. Paytaxtdakı əksər meydanlardan fərqli, Olimpiya Stadionunun örtüyü ideala yaxın görünürdü. Oyundakı yüklənmə zamanı sınaqdan necə çıxacağını matçın gedişində görəcəyik. Yüklənmədən öncəki duruma qənaətbəxş demək olar.

Stadion əməkdaşlarının sabahkı oyuna hazırlıq gördüyünü, işçilərə müvafiq tapşırıqlar verildiyini də maraq üçün xatırlatmaq yerinə düşər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu