Samir Abasov iddia etdi: “İşlərim var, izləyə bilmədim”

11 İyul 02:20 Gündəm 1 146
Samir Abasov iddia etdi: “İşlərim var, izləyə bilmədim”

“Təəssüf ki, işlərimlə bağlı komandalarımızın avrokubok oyunlarını izləyə bilmədim. Qələbə münasibətilə təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis Azərbaycanı Avropada təmsil edən dörd kluba uğurlar arzulayıb:

“Mən təmsilçilərimizə inanıram. Onların hamısı əsas mərhələyə vəsiqə qazanacaqlar”, - deyə o sportnet.az-a açıqlamasında deyib.

“Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Azərbaycanı Konfrans Liqasında təmsil edir.

Hazırda işsiz olan Samir Abasov son olaraq “Neftçi”yə başçılıq edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM