“Sportinfo TV”də yayımlanan “Sport Xəbər” yenidən izləyicilərin görüşünə gəlib.
Aytən Mustafayevanın təqdimatında efirə gedən budəfəki buraxılışda bir neçə məlumat diqqətə çatdırılıb.
Qeyd edilib ki, Premyer Liqanın son çempionu olan "Sabah"ın yeni transfer hədəfləri bilinib.
İlk dəfə Çempionlar Liqasında mübarizə aparan Masazır klubu iki mövqeyə yeni oyunçu almağı planlaşdırır.
Valdas Damsbrauskasın gücləndirmək istədiyi zonalar müdafiənin mərkəzi və hücumdur.
Baş məşqçi rəhbərliyin ona təqdim etdiyi siyahı əsasında seçim edib. Litvalı mütəxəssisin bəyəndiyi legionerlərlə hazırda danışıqlar gedir.
Bilidirilib ki, “Qarabağ”ın heyətini Bosniya və Herseqovina millisinin müdafiəçisi Nihad Muyakiçlə gücləndirməyə hazırlaşmasına dair iddia yayılıb.
Ağdam təmsilçisinin 27 yaşlı futbolçunun transferi ilə bağlı “Partizan”la razılığa gəldiyi vurğulanıb.
Muyakiç son mövsümü icarə əsasında Türkiyədə keçirib.
O, əvvəlcə “Eyüpspor”, daha sonra “Qaziantep”in formasını geyinsə də, hər iki klub müdafiəçinin transfer hüquqlarını almaqdan imtina edib. Bunun ardından o, yenidən “Partizan”a qayıdıb.
Dioqo Verdaska isə "Kəpəz" rəsmilərinin təklifini geri çevirib. Müdafiəçi ilə ötən mövsüm başa çatandan bir qədər sonra yeni 2 illik müqavilə imzalanıb.
Köhnə rəhbərlik portuqaliyalı legionerlə aylıq 9 min dollar qarşılığında razılaşıb.
Bu da hazırkı maaş büdcəsi üçün yüksək rəqəmdir. Kapitana yolların ayrılması təklif edilib. Amma 29 yaşlı əcnəbi istəyi geri çevirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
