UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını azaltdı

23 Aprel 2021 17:20 Gündəm 773
UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını azaltdı

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı yekun qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan edib.

UEFA İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında Almaniyanın Münhen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib.

Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda olacaq. Burada E qrupunun 3 matçı və 1/8 final mərhələsinin 1 oyunu gerçəkləşəcək. Stadionun 30 faizi azarkeşlərlə dolacaq.

E qrupunun digər 3 oyunu isə Dublindən alınaraq Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Burada gerçəkləşməli olan 1/8 final mərhələsinin bir gürüşü isə Londondakı "Uembli" stadionuna verilib.

UEFA beləliklə təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti