"Qarabağ" qarşısında biabır oldular, baş məşqçini qovdular!

15 Avqust 2024 11:00 Gündəm 1 167
"Qarabağ" qarşısında biabır oldular, baş məşqçini qovdular!

"Ludoqorets" (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli "Maç Teleqraf" nəşri məlumat yayıb.

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.

Daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?