Paşinyan üzr istədi: "Son 2 il 10 ayda bütün mümkün səhvləri etdik"

1 Mart 2021 19:50 Gündəm 2 370
Paşinyan üzr istədi: "Son 2 il 10 ayda bütün mümkün səhvləri etdik"

Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı rəhbəri olduğu hökumətin səhvlərinə görə bütün ermənilərdən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, 30 illik müstəqillik dövründə ölkə hakimiyyəti mümkün olan bütün səhvlərə yol verib. Həmçinin, son 2 il 10 ayda da bütün mümkün səhvlər edilib.

“Söhbət hökumətdən, şəxsən məndən gedir. Mən bütün Ermənistan vətəndaşlarından, diaspor ermənilərindən səhvlərimə görə üzr istəyirəm”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, hökumət və özü tərəfindən edilən səhvlərin əsas səbəbi xalq sevgisindən “zövq almaları” olub:

“Biz o qədər sevilirdik ki, bu xalq sevgisinə layiq olmaq üçün hər şeyin tam və ideal olmasını istədik. İdeal seçimlərin axtarışı isə bir çox hallarda fəaliyyətsizliyə səbəb oldu. Bəzən seçim pis və ən pis arasında olurdu”.

Erməni mətbuatı Paşinyanın sözügedən nitqini həmişə olduğu kimi, şifahi deyil, vərəqdən oxuyaraq söyləməsinə diqqət çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı