"Ermənilər Xankəndinə köçməyin qarşısını almaq üçün bunu edirlər"

23 Fevral 2021 13:30 Gündəm 4 024
"Ermənilər Xankəndinə köçməyin qarşısını almaq üçün bunu edirlər"

"Ermənilər Xankəndinə köçməyin qarşısını almaq üçün bunu edirlər"

Sportinfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, ermənilər azərbaycanlıların köçüb Xankəndində, Xocalıda yaşamaması üçün təxribatlar törədirlər:

"Onlarda həm müharibənin travması var, həm də "biz bu müharibəni məğlub olmadıq" deyərək cəmiyyəti aldatmaq ehtiyacı var. Prosesləri tez-tez manipulyasiya etməyə başlayıblar, təxribata cəhd edirlər. 10 Noyabr üçtərəfli sənədləri üzərindən boşluqlar tapıb oradan sızmaq fikirlərinə düşüblər, digər tərəfdən də Rusiyanı öz maraqları üçün istifadə etmək istəyirlər. Açıq-aşkar Rusiyaya köləlik etdikləri görünür. Bu görüntü üzərindən bizim də təbii olaraq haqlarımızı müdafiə etməyimiz lazımdır. Və haqlarımızı müdafiə etməklə bağlı qətiyyət göstərməyimiz, iradə və cəsarət ortaya qoymağımız vacibdir. Bu, son dərəcə önəmlidir.

Bu mənada, dövlət başçıları arasındakı rəsmi görüşlər, telefon danışıqları müzakirə olunan məsələlərdə razılaşmaq baxımından çox önəmlidir. Bu nöqtədə bizim ən vacib məsələmiz əldə olunan atəşkəsdir. Atəşkəs razılığına əsasən Azərbaycan xalqının rusun arxasında qalan ərazilərə də köçüb yaşaması üçün BMT-nin nəzarətində bölgəyə dönməyə dair haqqı var. Ermənilər bunun qarşısını almaq üçün terror, təxribat törədirlər, Rusiyadan istifadə etməyə çalışırlar. Onların bu addımlarının qarşısını mütləq almalıyıq. Müəyyən addımlar ataraq Rusiyanın işinə yarayacaq ortaq razılıq əldə oluna bilər. Vəziyyət bizim xeyirimizədir, bu vəziyyəti bizim əleyhimizə dəyişmək istəyəcəklər. Ona görə də mübarizəmizi sona qədər aparmağımız, 10 Noyabr sənədlərindəki şərtlərə, maddələrə riayət etmələrini təmin etməyimiz və bu mənada xüsusən də atəşkəsə necə riayət etdiklərini izləməklə fəaliyyətimizi və qərarımızı ortaya qoymağımız lazımdır.

Ermənilərin 44 günlük müharibədən sonra törətmək istədikləri terror aktları qeyri-sabitlik yaratmaq üçündür. Amma digər tərəfdən də onların bu əməlləri bizim haqlı olduğumuzu təsdiq etmək nəzərindən böyük əhəmiyyət daşıyır. Əgər Rusiya imkan verərsə, ermənilərin bu cür təxribatlarının qarşısını almaq üçün biz onların bu əməllərini səbəb göstərərək hərbi müdaxilə edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti