Arif Abdullayev: "Gərgin təlim-məşq toplanışlarımız bəhrəsini verdi"

9 May 2017 17:00 Güləş 1 388
Arif Abdullayev: "Gərgin təlim-məşq toplanışlarımız bəhrəsini verdi"

"Avropa çempionatına 8 güləşçiylə yollanmışdıq. Ümumilikdə 5 medal qazandıq. Hər halda, gərgin təlim-məşq toplanışları keçmişdik, bu da bəhrəsini verdi" - Sportinfo.az xəbər verir ki, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Arif Abdullayev bildirib.

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatı haqda fikirlərini açıqlayan çalışdırıcı onlara yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirib: "Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Bu mötəbər yarışda da bütün idmançılarımıza uğurlar arzulayıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti