Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı başlayıb. Sportinfo.az xəbər verir ki, ilk yarış günündə dörd təmsilçimiz xalça üzərinə çıxıb, onlardan üçü etimadı doğruldub. Qadınlarda millimizin öncülü Mariya Stadnik (48 kq) çətinlik çəkmədən finala adlaydı. Həlledici görüşdə o, ukraynalı həmkarına da vaxtından əvvəl qalib gələrək 6-cı qitə çempionluğunu bayram edib.
Elmira Qənbərova (63 kq) da mübarizəyə pis başlamadı, ilk görüşdə təcrübəli Katerina Yohassonu «tuşe» ilə ustələdi. Amma növbəti görüşdə rusiyalı İnna Trajukovaya psixoloji uduzub. Giorgi Edişeraşvili (57 kq) də rahat şəkildə finala çıxdı. Qızıl medal uğrunda görüşdə onun rəqibi rumıniyalıı Dauren Kuruqliyev idi. Əvvəldən sonadək üstün güləşən idmançımız qızıl medal qazanıb. Aleksandr Qostiyev (86 kq) finala çıxmaqla, ən azı, ötənilki nəticəsini təkralayıb. Amma o, bu dəfə də yekunda gümüş mükafatla kifayətlənib.
57 kq
FİNAL – Giorgi Edişeraşvili – Andrei Dukov (ROU) 9:0
1/2 final – Giorgi Edişeraşvili – Zavur Uguev (RUS) 5:1
1/4 final – Zoheir EL Ouarraqe (FRA) – Giorgi Edişeraşvili 3:10
1/8 final – Dzimchyk Rynchynau (BLR) – Giorgi Edişeraşvili 0:10
86 kq
FİNAL – Aleksandr Qostiyev – Dauren Kurugliev (RUS) 0:6
1/2 final – Selim Yaşar (TUR) – Aleksandr Qostiyev 2:3
1/4 final – Aleksandr Qostiyev – Vahe Tamrazyan (ARM) 5:3
1/8 final – Aleksandr Qostiyev – Zbigniew Mateusz Baranovski (POL) 3:1
48 kq
FİNAL – İlona Semkiv (UKR) – Mariya Stadnik 0:10
1/2 final – Emilia Alina Vuc (ROU) – Mariya Stadnik 0:10 (44 san.)
1/4 final – Mariya Stadnik – Evin Demirhan (TUR) 14:1
1/8 final – Mariya Stadnik – Anna Lukasiak (POL) 10:0
63 kq
1/4 final – İnna Trajukova (RUS) – Elmira Qəmbərova 8:2
1/8 final – Elmira Qəmbərova – Henna Katarina Johansson (SWE) 4:0

