COP29

Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

17 May 03:00 Güləş 911
Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub.

Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti