Millimizin üzvü piano arxasına keçdi, mahnı oxudu - FOTOLAR

1 May 2017 01:00 Güləş 1 075
Millimizin üzvü piano arxasına keçdi, mahnı oxudu - FOTOLAR

“Foto+” verilişinin növbəti qonağı Olimpiya oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və Avropa çempionu Hacı Əliyev olub. Sportinfo.az xəbər verir ki, idmançı digər bacarıqlarını nümayiş etdirib. O, idmanla yanaşı, gözəl səsi olduğunu bildirib.

Hacı Əliyev həmçinin piano arxasına keçərək mahnı da oxuyub. Güləşçi əvvəlcə əməkdar artist İlqar Muradovla “Sarı gəlin”i duet oxuyub. Daha sonra isə xalq artisti Siyavuş Kərimi, əməkdar artistlər Eldar Məmmədov və Toğrul Əsədullayevin müşayiəti ilə mahnılar səsləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı