Avropa çempionatında çıxış edəcək azərbaycanlıların adları

28 Aprel 2017 15:24 Güləş 650
Avropa çempionatında çıxış edəcək azərbaycanlıların adları

Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, heyət Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun iştirakı ilə Olimpiya Güləş Mərkəzindəki bugünkü məşqdən sonra elan edilib.

Beləliklə, çempionatda yığmanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) mübarizə aparacaq.

Proqrama əsasən, çempionatın son 2 günündə - mayın 6-da 59 kq, 66 kq, 98 kq və 130 kq, son yarış günündə isə 71 kq, 75 kq, 80 kq və 85 kq çəkili yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesində İraq və Gürcüstandan olan güləşçilər də iştirak edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti