Avropa çempionatında iştirak edəcək qadınlarımızın adları

28 Aprel 2017 08:48 Güləş 646
Avropa çempionatında iştirak edəcək qadınlarımızın adları

Güləş üzrə Avropa çempionatında iştirak edəcək qadın sərbəst güləşçilərin adlarına aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq.

Yarışda ölkəmizi son Olimpiadanın müvafiq olaraq gümüş və bürünc mükafatçıları Mariya Stadnik (48 kq) və Nataliya Sinişin(58 kq) ilə yanaşı, Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Nəzərə çatdıraq ki, qadın güləşçilərimiz hazırlıqları Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir. Turnir 2-7 may aralığında Serbiyanın Novı Sad şəhərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti