Deputatın başına balta sapı ilə zərbə endirdi, dalağı cırıldı

24 Aprel 2017 16:00 Güləş 715
Deputatın başına balta sapı ilə zərbə endirdi, dalağı cırıldı

Sərbəst güləş üzrə dəfələrlə Rusiya çempionu və Dünya Kubokunun sahibi Aleksandr Boqomoyev Ust-Ordinsk qəsəbəsindəki insidentdən sonra İrkutsk xəstəxanalarından birində əməliyyat olunub. Sportinfo.az xəbər verir ki, hazırda Boqomoyev reanimasiya şöbəsindədi.

Güləş turnirindən sonra məşqçi Bair İlyinlə rayon dumasının deputatı Anton Asalxanov arasındakı konflikt baş verib. Münaqişə kütləvi davaya çevrilib. Nəticədə İlyin ağ ciyəri və böyrəyindən ciddi zədə, Asalxanov isə yüngül bıçaq yaraları alıb.

Bundan başqa, deputatın başına balta sapı ilə zərbə endirilib. Boqomoyevin qarnına isə boru ilə küt zədə yetirilib. Nəticədə onun dalağı cırılıb, özü isə xeyli qan itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti