Millimizin üzvləri əylənmir, əziyyət çəkir - VİDEO

25 Fevral 2020 13:12 Güləş 747
Millimizin üzvləri əylənmir, əziyyət çəkir - VİDEO

Sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir.

Sportinfo.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın tərkibində olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb.

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış fevralın 29-dək davam edəcək.

Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi toplanışın keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti