Azərbaycan yığmasının hücumçusu Türkiyənin ikinci liqa klubuna icarəyə verildi

17 Avqust 2023 02:10 Güləş 1 751
Azərbaycan yığmasının hücumçusu Türkiyənin ikinci liqa klubuna icarəyə verildi

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının forvardı Muhammed Mustafa Yıldırım özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı forvard mövsümə məxsus olduğu “Çorum”da başlamayacaq.

Belə ki, o, oynamaq şansının az olacağını əsas gətirərək klubdan onu icarəyə vermələrini xahiş edib.

“Çorum” rəhbərliyi də onun istəyinə qarşı çıxmayıb. Mustafa 2023/2024 mövsümünü “Iğdırspor”da keçirəcək.

Adıçəkilən klub Türkiyə ikinci liqasında mübarizə aparır.

“Alanyaspor”un yetirməsi olan yığmamızın üzvü “İstanbulspor”, “Pazarspor” komandalarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi