"Finalda 1 dəqiqə ərzində qələbə qazandım" - Rəsul Çunayev

9 Aprel 2017 13:54 Güləş 736
"Finalda 1 dəqiqə ərzində qələbə qazandım" - Rəsul Çunayev

"Növbəti hədəfim İslam Oyunlarıdı" - Sportinfo.az xəbər verir ki, bu sözləri Bolqarıstanda keçirilən Qızıl Qran Pri yarışında 71 kiloqram çəki dərəcəsində qızıl medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev deyib. "İnstaqram" hesabında yarış haqda fikirlərini bölüşən Çunayev İslamiadaya seçim xarakterli turnirdə qalib olduğu üçün sevincli olduğunu bildirib.

Turnir bu çəkidə mübarizə aparan iki titullu güləşçimiz üçün İslamiadaya seçim xarakteri kəsb edib. Digər namizəd turnirdə mükafat qazana bilməyən dünya və Avropa çempionu Həsən Əliyev idi: "Finalda 1 dəqiqə ərzində qələbə qazandım. Seçim turnirinin qalibi olduğum üçün çox sevinirəm. Növbəti hədəfim İslam Oyunlarıdı".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı