Olimpiya çempionumuz: "İlkin hədəfim lisenziya idi, sonra isə dünya çempionluğu"

21 Sentyabr 2019 14:27 Güləş 2 075
Olimpiya çempionumuz: "İlkin hədəfim lisenziya idi, sonra isə dünya çempionluğu"

"Yarımfinaladək yüksələrək lisenziyanı əldə etdim. Hədəfim isə ikiqat dünya çempionluğudur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Qazaxıstanda keçirilən dünya çempionatında Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov deyib.

31 yaşlı idmançı bunun üçün bütün imkanlarının olduğunu bildirib. 97 kq çəki dərəcəsində yarışan güləşçi deyib ki, hazırda özünü yaxşı hiss edir: "Hazırda yarımfinal görüşünə hazırlaşıram. İlkin hədəfim lisenziya qazanmaq idi, əldə etdim. İmkan olsa, dünya çempionluğunu da əldə etmək istəyirəm. Buna mane olacaq problemim yoxdur. Qarşılaşmalarıma gəldikdə, cənubi koreyalı rəqibim elə də tanınmış güləşçi deyildi. Sonra isə nisbətən tanınmış ukraynalı və gürcüstanlı rəqiblərimi üstələdim. Minimum hədəfim lisenziya götürmək idi. İkiqat dünya çempionu olmağım da mümkündür. Çalışacağam ki, buna da nail olum" (report).

Digər Xəbərlər
Xəbər Lenti