Yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib - VİDEO

10 Mart 2017 00:08 Güləş 871
Yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib - VİDEO

Bu il martın 16-da İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək. Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.

Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Martın 16-da yarımqrup görüşləri, ertəsi isə final görüşləri keçiriləcək. 2015-ci ildə keçirilən yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı