Millimizin yeni kapitanı bəllidi

28 Fevral 2017 12:12 Güləş 864
Millimizin yeni kapitanı bəllidi

Sərbəst güləş millimizin yeni kapitanı bəlli olub. Sportinfo.az xəbər verir ki, 74 kq-da çıxış edən Cəbrayıl Həsənov bundan sonra komandanın mərkəzində dayanacaq, ilkin hazırlığı keçərək heyəti idarə edəcək. Məşqçilər heyətinin bu qərarı onun uzun müddət yığmada olması, saysız-hesabsız titullar qazanması və nizam-intizamı ilə seçilməsidi.

Rio-2016-da bürünc medal qazanan tanınmış bahadır, 2 dəfə dünya çempionatının bürünc medalçısıdır; Avropanın ən güclülərinin yarışının 2-qat qalibi və 2 dəfə finalçısı olub. Ona qədər millidə kapitan vəzifəsini uzun müddət Xetaq Qazyumov (97 kq) yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı