Olimpiya çempionu Toğrul Əsgərov 4-cü İslam həmrəyliyi oyunlarında çıxış etməyəcək. Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov dedi. Onun sözünə görə, titullu bahadırımız “Pəncab Royals” klubunun heyətində ciddi zədə alıb:
"Toğrul Əsgərov Hindistan Peşəkar Güləş Liqasında boyun nayihəsindən ağır zədələnib, çox güman, əməliyyat olunacaq. Belədə o, xeyli müddət güləşməyəcək. Məşqləri bərpa edəndən sonra, artıq 65 kq-da çıxış etməyəcək. Bu çəkidə milli komandanın digər aparıcı idmançısı Hacı Əliyev mübarizə aparacaq. Ona həmin çəkidən güləşmək rahatdır".

