COP29

Azərbaycan yığmasının 3 üzvü Paris-2024-ə vəsiqə qazandı

10 May 01:50 Güləş 705
Azərbaycan yığmasının 3 üzvü Paris-2024-ə vəsiqə qazandı

Azərbaycanın üç yunan-Roma güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində ilk olaraq Murad Məmmədov (60 kq) Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.

Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

35 yaşlı idmançı təsnifatda İlias Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinalda Gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Olimpiya lisenziyası qazanıb.

Sabah Şəriati (130 kq) isə Nikolas Ntuniası (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0 və Mantas Knystautası (Litva) 1:1 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə o, Pavel Qlinçuka (AİN) qalib gələrək (1:1) Olimpiya lisenziyasını qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadaya 23-cü lisenziyanı əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti