Azərbaycanda final idarə etdi, 25 illik karyerasını başa vurdu

25 Dekabr 2024 03:50 Güləş 711
Azərbaycanda final idarə etdi, 25 illik karyerasını başa vurdu

Güləş hakimi Hicran Şərifov 25 illik hakimlik karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, o, son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.

Təcrübəli referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.

Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.

H.Şərifov Pekin-2008, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında və digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub.

Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov London-2012-nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb.

O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu