Bakıdan paylaşım etdi, gördüklərinə heyran qaldı – VİDEO+FOTO

23 May 2024 19:00 Güləş 970
Bakıdan paylaşım etdi, gördüklərinə heyran qaldı – VİDEO+FOTO

Bakıda keçirilmiş güləş üzrə U-23 Avropa çempionatının təşkilatçılığı Belarusun yunan-Roma güləşi üzrə milli komandasının məşqçisi Vitali Muraşkonu heyran edib.

O, şəxsi "tiktok" səhifəsində video paylaşaraq, qaldıqları oteldə yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib.

U-23 millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi