COP29

Bizim Mariya tarix yazdı - Dünyada ilk qadın oldu ki...

12 May 01:00 Güləş 459
Bizim Mariya tarix yazdı - Dünyada ilk qadın oldu ki...

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gəlib.

O, lisenziya uğrunda isə italiyalı Emanuela Liuzzini məğlub edərək Parisə vəsiqəni təmin edib.

Bununla da Mariya Stadnik 5-ci dəfə Olimpiadada çıxış edəcək. O, qdın güləşi tarixində 5-ci Olimpiya Oyunlarına gedən ilk idmançı kimi tarixə düşüb.

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

Yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!