COP29

Susqunluğu pozdu: “Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm” - FOTO

11 May 01:10 Güləş 688
Susqunluğu pozdu: “Danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm” - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala çıxaraq Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.a

Sportinfo.az xəbər verir ki, təcrübəli güləşçi yarışdan sonra instaqram hesabında etdiyi paylaşımla diqqət çəkib.

R.Hüseynov Avropa çempionatındakı uğursuzluqdan sonra idmandan getməli olduğunu deyənlərə səslənib:

“Çəkdiyim əziyyət yerdə qalmadı. Ağır zədələrdən sonar özümü toparlayıb yenidən qalib gəlməyim daha da sevindiricidir.

Üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu lisenziyanı “divan kritikləri”nə həsr edirəm.

Hansı ki, mən Avropa çempionatında müəyyən səbəblərə görə məğlub olanda “ağız dolusu” danışırdılar ki, qocalmışam, cavanların yolunu kəsirəm.

Onlar olmasaydılar, bu qədər prinsplə məşq etməzdim. İstanbuldan sizə salamlar”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"